Şənbə 04.05.2024

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk set 25:13 "Azərreyl"in xeyrinə başa çatıb. Ardınca "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Lakin növbəti iki ardıcıl setdə 25:21 hesablı qələbə qazanan "Azərreyl" 3:1-lik nəticə ilə Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçuların final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.