Bazar ertəsi 06.05.2024

Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Yarımfinalın ilk cavab görüşündə "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən "Zirə" finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.