Bazar 05.05.2024

AFFA rəsmisi UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında iştirak edib

AFFA rəsmisi UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında iştirak edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib.

Bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Məmmədov Klubların Lisenziyalaşdırılması Komitəsinin toplantısına üzv olaraq qatılıb. İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.