Bazar 05.05.2024

Cüdoçumuzdan qitə çempionatında gümüş medal

Cüdoçumuzdan qitə çempionatında gümüş medal

Bu gün cüdo üzrə Avropa çempionatına start verilib.

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ilk günündə 5 çəkidə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin 7 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan 3-ü medallar uğrunda mübarizəni davam etdirir.

Kişilər
60 kq

Turan Bayramov Vaçe Adamyan (Avstriya), ardınca Luis Barrosu (İspaniya) məğlub edib. O, 1/4 finalda Anqelo Pantanonu (İtaliya) mübarizədən kənarlaşdıran komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib. Dueldən Ağayeva qalib ayrılıb. Yarımfinalda Sedrik Revo (Fransa) üzərində də qələbə qazanan Balabəy finalda Fransisko Qarriqosla (İspaniya) münasibətinə aydınlıq gətirəcək. Cüdoçumuz dünya və ikiqat Avropa çempionu ilə görüşdə ippona düşüb.

Bayramov isə təsəlliverici görüşdə Ramazan Abdullayevə (AİN) qalib gəlib və bürünc medal uğrunda Salih Yıldızla (Türkiyə) qarşılaşıb. Rəqibinə zədə yetirəcək fənd yerinə yetirdiyinə görə, Turana vaxtından əvvəl məğlubiyyət verilib.

66 kq
Yaşar Nəcəfov da ikinci mərhələdən yarışa start verib. Muhammed Demirellə (Türkiyə) güləşən cüdoçu məğlubiyyətə üzülüb.

Qadınlar
48 kq

Leyla Əliyeva ilk görüşündə Tuqçe Bederə (Türkiyə) uduzub.

52 kq
Aydan Vəliyeva 1/8 finalda Qefen Primo (İsrail) səddini keçsə də, ardınca Ariane Toro Lolerə (İspaniya) məğlub olub.

Təsəlliverici qarşılaşmada Anna Puljusa (Xorvatiya) qalib gələn Vəliyeva 3-cü yer uğrunda Reka Puppla (Macarıstan) mübarizə aparacaq.

İlk mərhələdən azad olan Gültac Məmmədəliyeva Sofiya Asvestaya (Kipr) uduzaraq, yarışla vidalaşıb.

57 kq
Açelya Toprak startda Karla Tavarez Fernandezə (Lüksemburq) qalib gəlib. Lakin o, 1/8 finalda Darya Bilodidi (Ukrayna) ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycan millisi çempionata 13 cüdoçu ilə yollanıb.