Çərşənbə 24.04.2024

Klopp ilin məşqçisi elan olundu

Klopp ilin məşqçisi elan olundu

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün çempionu olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp ilin məşqçisi elan edilib.

Almaniyalı çalışdırıcı İngiltərə Məşqçilər Birliyi (LMA) tərəfindən keçirilmiş sorğuda bütün həmkarlarını qabaqlayıb. Bu mükafat əfsanəvi mütəxəssis - Ser Aleks Ferqyusonun adını daşıyır.

“Lids”in baş məşqçisi Marselo Byelsa da Çempionşipdə ilin ən yaxşısı seçilib. Klopp bu mövsüm “Liverpul”u 30 illik fasilədən sonra İngiltərə çempionu edib. Beylsa isə “Lids”i 16 il sonra Premyer Liqaya çıxarıb.