Cümə axşamı 09.05.2024

Avropa Çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

Avropa Çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə Azərbaycan millisinin 3 cüdoçusu tatamiyə çıxacaq.

Onlardan ikisi 90 kq, biri 100 kq çəkidə mübarizə aparacaq.

Kişilər

90 kq

Murad Fətiyev ilk görüşündə Yamal Petqrave (Böyük Britaniya) ilə qarşılaşacaq.

Elcan Hacıyev isə Kornelyus Eylertsen (Norveç) - Yosip Buliç (Xorvatiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

100 kq

Zelim Kotsoyevin ilk rəqibi Adnan Xankan (BCF Qaçqınlar Komandası) olacaq.

Qeyd edək ki, çempionatın ilk iki günündə Azərbaycan cüdoçuları iki medal qazanıblar. Hidayət Heydərov (73 kq) 4-cü dəfə Avropa çempionu olub, Balabəy Ağayev (60 kq) gümüş mükafata yiyələnib.