Çərşənbə 15.05.2024

“Sumqayıt”dan doğma meydanda qələbə

“Sumqayıt”dan doğma meydanda qələbə

Bu gün Misli Premyer Liqasında XXXII turun növbəti matçları keçirilib.

İkinci oyun günündə üç qarşılaşma baş tutub.

Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edib. Autsayderlərin duelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşib. 0:1 hesabı ilə uduzan “Qəbələ”nin son pilləni tutacağı rəsmiləşib.

“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşəcək. "Ağ-qaralar" çətinlik çəkmədən qələbə qazanıblar. Qərblilərin isə avrokubok zonasına düşmək şansı minimuna enib.

Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gəlib. Çempionluğu təmin edən Ağdam klubunun son turlardakı uğursuzluğu davam edib. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan Samir Abasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqə yolunda vacib 3 xal qazanıb.

20:00. “Sumqayıt” –“ Qarabağ” - 1:0
Qol:
Roi Kehat, 70
Baş hakim: Rauf Cabarov

Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.