Şənbə 27.04.2024

"Atalanta" səfərdə, "İnter" evdə sevindi - VİDEO

"Atalanta" səfərdə, "İnter" evdə sevindi - VİDEO

İtaliya A Seriyasında XXXVII tura start verilib. "Yuventus"un çempionluğu təmin etməsindən sonra əsas diqqətlər ikici yer uğrunda qarşılaşmalara yönəlib. Gecənin ilk görüşündə "Atalanta" səfərdə "Parma"nı məğlub edib - 2:1.

Bununla da Berqamo təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 98-ə çatdırıb. A Seriyasında bir mövsüm ərzində bu qədər qolu sonuncu dəfə “Yuventus” rəqib qapılarından keçirmişdi. Turin təmsilçisi bunu 1951/52 mövsümündə 38 oyuna bacarmışdı. “Atalanta” isə qarşıdakı son turda bu göstəricisini daha da yaxşılaşdırmaq şansına malikdir.

A Seriyası tarixində bir mövsüm ərzində ən çox qol vuran komanda isə “Milan”dır. Sözügedən komanda 1949/50 mövsümündə rəqib qapılarından 118 top keçirib.

Gecənin digər qarşılaşmasında "İnter" "Napoli"ni evdə 2:0 məğlub edib. Beləliklə, xalını 79-a yüksəldən "İnter" yenidən ikinci pilləni ələ keçirib. "Atalanta" isə üçüncü pilləyə enib.

Hazırda 75 xalla 4-cü yerdə olan "Latsio" bu gün öz meydanında "Breşiya" üstələsə, gümüş medallar uğrunda mübarizəni sonadək davam etdirəcək.

Mövsümün son - XXXVIII turunda "İnter" "Atalanta"nın, "Latsio" isə "Napoli"nin qonağı olacaq.