Çərşənbə 15.05.2024

Misli Premyer Liqasında 32-ci tura yekun vurulur

Misli Premyer Liqasında 32-ci tura yekun vurulur

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq.

Son oyun günündə 1 matç keçiriləcək.

"Zirə" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşacaq. Saat 19:00-da başlayacaq matçda "Zirə" qalib gələrsə, yenidən 2-ci pilləni ələ keçirəcək.

29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan”
Hakimlər:
Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu