Çərşənbə 15.05.2024

Misli Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

XXXII turun "Sumqayıt" - "Qarabağ" matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Daha əvvəl bu arenada gerçəkləşən XXI turun "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 1:0.