Çərşənbə 15.05.2024

Atletlərimizdən Türkiyədə daha 6 medal

Atletlərimizdən Türkiyədə daha 6 medal

Azərbaycan atletləri Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında daha 6 medal qazanıblar.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin ikinci günündə 200 m məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

Lamiyə Vəliyeva 200 m məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Eyni məsafədə Fəridə Rzayeva isə 3-cü yeri tutub.

Üç təkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.

Toğrul Şahtatinski isə U-16 kateqoriyasında diskatma və nüvəitələmədə ən yüksək nəticə göstərərək hər iki növdə qızıl medallara sahib çıxıb.