Cümə 17.05.2024

Millimiz beynəlxalq turnirin qalibi oldu

Millimiz beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Azərbaycan futbolçuları turnirin həlledici oyununda son dünya çempionu Rumıniya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.