Cümə 17.05.2024

ÇL-də növbəti mövsüm Almaniyadan ən azı 5 komanda çıxış edəcək

ÇL-də növbəti mövsüm Almaniyadan ən azı 5 komanda çıxış edəcək

2024/25 mövsümü üçün Çempionlar Liqasının qrup mərhələsində Almaniya çempionatından ən azı 5 komanda iştirak edəcək.

Bu, "Borussiya"nın ilk yarımfinal matçında PSJ-ni məğlub edərək (1:0) UEFA əmsallar cədvəlində Almaniyaya əlavə xal gətirməsindən sonra mümkün olub . Üstəlik, Dortmund təmsilçisi Çempionlar Liqasını qazansa və çempionatda 5-ci yeri tutsa, Almaniyadan 6 komanda iştirak edəcək.

Daha əvvəl Çempionlar Liqasının növbəti mövsümündə İtaliyanın 5 komandasının iştirak edəcəyi məlum olub.