Şənbə 18.05.2024

"Kəpəz" "Sumqayıt"a, "Qarabağ" "Neftçi"yə qarşı

"Kəpəz" "Sumqayıt"a, "Qarabağ" "Neftçi"yə qarşı

Bu gün Misli Premyer Liqasında 33-cü tura start veriləcək.

İlk gündə 2 matç keçiriləcək. Əvvəlcə növbəti mövsümdə də Premyer Liqada qalacağı dəqiqləşən, hazırda 9-cu pillədə qərarlaşan "Kəpəz" 2-ci yerdəki "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 16:30-da başlayacaq.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi ilə 3-cü pillədəki Bakı komandasının görüşü saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.

4 may

16:30.“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Azersun Arena