Şənbə 18.05.2024

Turun açılış matçı sülhlə yekunlaşdı

Turun açılış matçı sülhlə yekunlaşdı

Misli Premyer Liqasında XXXIII tura start verilib.

Turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.

“Kəpəz” “Sumqayıt”ı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub.

“Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.

Bu gün, saat 19:30-da turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı başlayacaq.

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.