Bazar 19.05.2024

“Zirə” ağır Tovuz səfərindən qələbə ilə dönür

“Zirə” ağır Tovuz səfərindən qələbə ilə dönür

Misli Premyer Liqasında XXXIII tur həyəcanı davam edir.

Günün ilk matçında "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. "Qartallar"da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib. Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə fərqlənib. 90+8-ci dəqiəqəd Roderik Miller birbaşa qırmızı vərəqə qalaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Bu gün "Səbail" – "Qəbələ" görüşü də təşkil olunacaq.

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib – 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" – "Qəbələ" oyunu ilə yekun vurulacaq.