Cümə 26.04.2024

PSJ daha bir kubok qazandı

PSJ daha bir kubok qazandı

Fransa Liqa Kubokunun final qarşılaşması keçirilib. Həlledici oyunda PSJ ilə "Lion" üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ qələbə qazanıb.

Koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl yekunlaşdırılan Liqa 1-in qalibi elan edilən PSJ daha sonra Fransa kubokuna yiyələnmişdi.

Bütövlükdə isə Paris təmsilçisi tarixində 9-cu dəfə Liqa Kubokunun qalibi olub.

Fransa Liqa Kuboku

Final

31 iyul

PSJ – "Lion" - 0:0 (penaltilər – 6:5)