Cümə axşamı 28.03.2024

“İnter”lə “Milan” qalib gəldi, “Yuventus” “Roma”ya uduzdu - VİDEO

“İnter”lə “Milan” qalib gəldi, “Yuventus” “Roma”ya uduzdu - VİDEO

İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turuna start verilib. İkinci pillə uğrunda mübarizə aparan “Atalanta” “İnter”lə ev oyunundan məğlub ayrılıbsa, “Latsio” “Napoli”yə uduzub.

Çempion “Yuventus” son tur çərçivəsində doğma meydanda “Roma”nı qəbul edib və məğlubiyyətlə üzləşib. “Milan” isə “Kalyari”ni darmadağın edib.

İtaliya A Seriyası

38-ci tur

1 avqust

"Breşiya" – "Sampdoriya" - 1:1
Qollar: Torreqrosa, 49-pen – Leris, 41.

"Milan" – "Kalyari" - 3:0
Qollar: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.

"Atalanta" – "İnter" - 0:2
Qollar: D`Ambrosio, 1. Yanq, 20.

"Yuventus" – "Roma" - 1:3
Qollar: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.

"Napoli" – "Latsio" - 3:1
Qollar: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.

2 avqust

20:00 SPAL – "Fiorentina"
22:45 "Bolonya" – "Torino"
22:45 "Cenoa" – "Verona"
22:45 "Leççe" – "Parma"
22:45 "Sassuolo" – "Udineze"