Bazar 19.05.2024

Ruslan Lunyovdan 20-ci yer

Ruslan Lunyovdan 20-ci yer

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda daha bir növdə təsnifat mərhələsi başa çatıb.

Kişilərin 25 m məsafədən tapança ilə atəş açma yarışında final mərhələsinin iştirakçıları müəyyənləşib.

Azərbaycan atıcıları iki gün davam edən təsnifat mərhələsini adlaya bilməyiblər. Ruslan Lunyov 577 xalla 20-ci, Cəfər Sultanlı 536 xalla 53-cü, İlham Qarayev 531 xalla 55-ci yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsində 60 atıcı mübarizə aparıb.