Bazar ertəsi 20.05.2024

"Qarabağ"ın mükafatlandırılacağı vaxt açıqlandı

"Qarabağ"ın mükafatlandırılacağı vaxt açıqlandı

Misli Premyer Liqasında XXXV turun oyun cədvəli bəlli olub.

Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Turun açılış matçında “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Bu görüşdən sonra çempionun mükafatlandırma mərasimi baş tutacaq.

Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XXXV tur
17 may (cümə)
“Qarabağ” – “Turan Tovuz”

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

18 may (şənbə)
“Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”, 17:00

“Səbail” – “Neftçi”
“ASCO Arena”, 17:00

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:00

19 may (bazar)
“Qəbələ” – “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu, 16:00