İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix müəyyənləşib.
"Football Italia"nın verdiyi xəbərə görə, yeni mövsümün sentyabrın 19-də start götürəcək. Çempionata mayın 23-də yekun vurulacaq. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.
Qeyd edək ki, A Seriyasında koronavirusa görə mart ayından dayanıdırılan 2019/2020 mövsümü 3 aydan sonra bərpa edilib və "Yuventus" çempionatın qalibi olub.