Cümə axşamı 25.04.2024

Avropa Liqası: “Başakşəhər” vidalaşdı, "Mançester Yunayted" və "İnter" 1/4 finalda

Avropa Liqası: “Başakşəhər” vidalaşdı, "Mançester Yunayted" və "İnter" 1/4 finalda

Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilir. İlk oyun günündə 4 qarşılaşma keçirilib.

"Başakşəhər" birinci matçda 1:0 qalib gəldiyi "Kopenhagen"lə Danimarkada üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb.

Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted” “Old Trafford”da qalib gələrək (2:1) növbəti mərhələyə yüksəlib.

“İnter” “Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İnamlı qələbə qazanan (2:0) İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb.

“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Komandalar arasındakı ilk oyunda donetsklilər 2:1 qalib gəlmişdi. Cavab görüşündə almanlar daha böyük hesabla uduzublar.

Avropa Liqası, 1/8 final

5 avqust

“Kopenhagen” – “Başakşəhər” – 3:0 (ilk oyun – 0:1)
Qollar: Vind, 4; 53-pen. Falk, 62.

“Şaxtyor” – “Volfsburq” – 3:0 (ilk oyun – 2:1)
Qollar: Moraes, 89; 90+3. Solomon, 90+1.

“İnter” – “Xetafe” – 2:0
Qollar: Lukaku, 33. Eriksen, 83.

“Mançester Yunayted” – LASK 2:1 (ilk oyun – 5:0)
Qollar: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.