Cümə axşamı 28.03.2024

"Mançester Siti"dən növbəti transfer

"Mançester Siti"dən növbəti transfer

“Mançester Siti” klubu növbəti transferini rəsmiləşdirib. "Şəhərlilər" “Bornmut”un müdafiəçisi Natan Akeni heyətinə qatıb.

Klubun saytının verdiyi xəbərə görə, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Niderlandlı oyunçunun keçidi üçün qarşı tərəfə 41 milyon funt-sterlinq ödəndiyi iddia olunur.

Qeyd edək ki, "Bornmut" Niderland millisinin üzvünü 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer etmişdi. Ake geridə qalan mövsümdə Premyer Liqada 29 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Mançester Siti” Akedən öncə “Valensiya”dan Ferran Torresi transfer etmişdi.