Cümə 19.04.2024

"Roma" klubu 591 milyon avroya satıldı

"Roma" klubu 591 milyon avroya satıldı

"Roma"nın sahibi Ceyms Pallotta klubu amerikalı milyarder Den Fridkinə satıb. Bu barədə paytaxt təmsilçisinin saytı məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, klub 591 milyon avro qarşılığında "The Friedkin Group"a satılıb. 31 avqust tarixinə kimi bütün hüquqi məsələlərə aydınlıq gələcəyi bildirilib.

Daha öncə Pallotta "Roma"nı Fridkinə 700 milyon avroya satmaqdan imtina etmişdi. Ancaq koronavirus pandemiyası ilə əlaqədar maliyyə böhranına görə klub 109 milyon ucuza satılıb.