Bazar ertəsi 27.05.2024

Azərbaycan minifutbol çempionatında qalib bu gün bəlli olacaq

Azərbaycan minifutbol çempionatında qalib bu gün bəlli olacaq

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda qarşılaşmada "Odlar Yurdu” və “Real Bakı" komandaları üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.

Saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki matç Bakı Tennis Akademiyasında keçiriləcək.