Şənbə 27.07.2024

Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib

Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib

Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

İyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.