Bazar ertəsi 27.05.2024

Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatında 2023/24 mövsümünün qalibləri mükafatlandırılıb.

Əvvəlcə xüsusi nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunub.

Çempionatın ən yaxşı qapıçısı Vəli Qafanov ("Birbaşa Bakı") seçilib. Mükafatı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Çempionatın ən sərrast futbolçusu mükafatına "Zirə"nin futbolçusu Rəvan Kərimov layiq görülüb. Mükafatı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev verib.

Turnirin ən yaxşı futbolçusu nominasiyasında isə çempion komandanın futbolçusu Təmkin Xəlilzadə fərqlənib. Qalibə mükafatı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Daha sonra medalların sahibləri mükafatladırlıblar. Bürünc medalın sahibi "Real Bakı"ya mükafatları veteran futbolçular Vaqif Cavadov, İlqar Qurbanov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Gümüş mükafatçı "Aznur"a medalları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov verib.

Qızıl medalın sahibi "Birbaşa Bakı"nı isə AMF-nın prezidenti Orxan Məmmədov və qurumun vitse-prezidenti Taleh Nəsibov təltif edib.

Qeyd edək ki, qalib komandalar yeni mövsümdə müxtəlif turnirlərdə ölkəmizi təmsil edəcək.