Şənbə 27.07.2024

Misli Premyer Liqasında mövsümə yekun vurulur

Misli Premyer Liqasında mövsümə yekun vurulur

Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

36-cı turun son günündə 2 matç keçiriləcək. Əvvəlcə Qərb derbisi oynanılacaq. 6-cı yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Kəpəz"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər matçda 9-cu yerdəki "Araz-Naxçıvan" mövsümün qalibi "Qarabağ"la qarşılaşacaq. Bu oyun isə saat 19:30-da start götürəcək. Görüş başa çatdıqdan sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi "Zirə" olub. "Sabah" 3-cü, "Sumqayıt" isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”

25 may (şənbə)

“Zirə” – “Səbail” - 1:0

“Neftçi” – “Sabah” - 0:1

“Sumqayıt” – “Qəbələ” - 1:0