Şənbə 27.07.2024

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə üç medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə üç medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən Avropa Kubokunun ilk günündə üç medal qazanıblar.

Yığma üzvləri iki gümüş və bir bürünc mükafata sahib çıxıblar.

Nihad Rəhimov (60 kq) və Səlim Sultanov gümüş, Kənan Sadıqov isə (hər ikisi 66 kq) bürünc medal əldə edib.