UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.
"Atalanta" Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Qeyd edək ki, PSJ yarımfinalda “Leypsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final
12 avqust
Atalanta (İtaliya) – PSJ (Fransa) - 1:2
Qollar: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.