UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Almaniya “Leypsiq”i İspaniyanın “Atletiko” klubu ilə üz-üzə gəlib.
Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda keçirilən qarşılaşma Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinala yüksələn “Leypsiq” finala vəsiqə uğrunda Fransa çempionu PSJ ilə mübarizə aparacaq. 1/4 finalın ilk oyununda məhz PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
1/4 final
13 avqust
“Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar: Olmo, 51. Adams, 88 – J.Feliks, 71-pen.
Baş hakim: Şimon Marçinyak.
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu.