Şənbə 20.04.2024

“Zirə”də braziliyalı hücumçu

“Zirə”də braziliyalı hücumçu

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Klubun saytının verdiyi xəbərə görə, 4 yaşlı braziliyalı hücumçu Kayo Rangellə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril", klublarının da şərəfini qoruyub.

Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.