Azərbaycan klublarının Avropadakı mövqeləri bəlli olub.
İFFHS dünya reytinqinə daxil edilən Premyer Liqanın 4 komandası “Köhnə qitə”nin də ən yaxşıları arasında yer alıb.
Ümumiyyətlə, planetin 507 ən yaxşı komandasından 296-sı Avropanı təmsil edir. Ən yaxşı Azərbaycan klubu “Qarabağ”dır.
Ağdam təmsilçisi 183,75 xalla qitənin 35-cisidir. “Zirə” 62,25 xalla 215-ci, “Sabah” 60,75 xalla 225-cidir. 59,25 xalı olan “Neftçi” isə Avropada 235-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, həm dünyanın, həm Avropanın ən yaxşısı “Mançester Siti”nin 401 xalı var.