Şənbə 27.07.2024

Şahmatçımızdan çempionluq

Şahmatçımızdan çempionluq

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.