Çərşənbə axşamı 23.04.2024

"Barselona"nın prezidenti Setyenin göndərildiyini açıqladı

"Barselona"nın prezidenti Setyenin göndərildiyini açıqladı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern Münhen”ə 2:8 uduzan “Barselona”da tənqid hədəfinə çevrilən baş məşqçi Kiki Setyen istefaya göndərilib. Bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib.

61 yaşlı mütəxəssisin gedişindən sonra boş qalmış posta ən real namizəd hazırda Niderland millisinə rəhbərlik edən Ronald Kumandır. Kataloniya təmsilçisi təcrübəli çalışdırıcı ilə razılığa gəlməyə yaxındır.

Ötən gün Kuman Barselonada “El-Prat” hava limanında görüntülənib. Tərəflər arasında 2 illik müqavilə imzalanacağı gözlənilir.