Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur.
Bu günə nəzərdə tutulan 2 oyundan 1-i başa çatıb. F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.
Dortmunddakı “BVB-Ştadion”da keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib.
Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın Çexiyaya qarşı “Leyptsiq Ştadium”da təşkil olunacaq oyunu ilə yekun vurulacaq.
18 iyun
F qrupu
20:00. Türkiyə - Gürcüstan - 3:1
Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 32 (1:1), Arda Güler, 66 (2:1), Kerem Aktürkoğlu, 90+7 (3:1)
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.