Cümə axşamı 31.07.2025

Avro-2024-də daha üç oyun

Avro-2024-də daha üç oyun

Avro-2024-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

Bu gün D və E qruplarında ümumilikdə 3 matç keçiriləcək. E qrupunda Slovakiya Ukraynanı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. D qrupunda isə Avstriya Polşanın qonağı olacaq. Oyuna saat 20:00-da start veriləcək. Günün son qarşılaşmasıda Niderland və Fransa üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Qeyd edək ki, Avro-2024 iyulun 14-dək davam edəcək.

21 iyun

E qrupu

17:00. Slovakiya - Ukrayna

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena"

D qrupu

20:00. Polşa - Avstriya

Baş hakim: Halil Umut Meler (Türkiyə)

Berlin Olimpiya Stadionu

23:00. Niderland - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə)

Leyptsiq, "Red Bull Arena"