Şənbə 20.04.2024

"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt”daha bir futbolçunun keçidini reallaşdırıb. Klubun yaydığı xəbərə görə, son mövsümü İran Yüksək Liqası təmsilçisi “Pars Jonoubi Jam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında “21” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kanadanın “Toronto Siti” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Jonoubi Jam” komandası olub.