Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. AFFA-nın rəsmi saytının verdiyi xəbərə görə, yığmamız Sloveniya ilə qarşılaşacaq.
Matç noyabrın 10-da Lyublyana şəhərində baş tutacaq. Müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.
Qeyd edək ki, yığmamız sentyabrda UEFA Millətlər Liqasının 2020/21 mövsümündə mübarizəyə başlayacaq. C Liqasının 1-ci qrupunda yer alan Canni De Byazinin kollektivi Lüksemburq, Monteneqro və Kiprlə yarışacaq.