Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub. Final matçında İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib.
Almaniyanın Köln şəhərində keçirilən görüşdə 3:2 hesablı qələbə qazanan La Liqa klubu titula sahib çıxıb. Bununla da, klub məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırıb.
Bundan başqa, “Sevilya” tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi adı qazanaraq özlərinə məxsus rekordu yeniləyiblər.
Avropa Liqası
Final
21 avqust
“Sevilya” (İspaniya) – “İnter” (İtaliya) - 3:2
Qollar: De Yonq, 12; 33. Lukaku, 74 (avtoqol) – Lukaku, 5-pen. Qodin, 36.
Köln. “Reyn Enerji” stadionu.