Şənbə 20.07.2024

Almaniya klubu yoldaşlıq oyununda “Qarabağ”ı məğlub etdi

Almaniya klubu yoldaşlıq oyununda “Qarabağ”ı məğlub etdi

Yeni mövsümə Avstriyada hazırlaşan “Qarabağ” toplanış çərçivəsində ilk oyununu keçirib. Ağdam klubu “Kayzerslautern”lə görüşüb.

Almaniya təmsilçisi ilk yarıda iki qol vurub. “Qarabağ” fasilə ərəfəsində fərqi azaltmaq imkanı qazansa da, Aleksey İsayev penaltidən yararlana bilməyib.

İkinci hissənin əvvəlində “Kayzerslautern” 11 metrlik nöqtədən qol sevinci yaşayıb. Azərbaycan çempionu hissənin ortalarında fərqi azaltmağa nail olub. Elvin Cəfərquliyev rəqib qapısına yol tapıb – 1:3.

Qeyd edək ki, bu gün daha bir matça çıxacaq “Qarabağ” Plzen “Viktoriya”sı ilə üz-üzə gələcək.

Yoxlama oyunu

9 iyul
14:30. “Kayzerslautern” – “Qarabağ” - 3:1

Stadion: “Velly Arena İmst”.