İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
AVRO-2024-ün yarımfinal mərhələsinin Fransa ilə görüşündə fərqlənən 16 yaşlı futbolçu qitə birincilikləri tarixində qol vuran ən gənc oyunçuya çevrilib.
Yamal bu göstərici ilə AVRO-2004-də İsveçrə millisinin heyətində 18 yaşında rəqib qapısına yol tapan Yohan Vonlantenun rekordunu yeniləyib.