Almaniyada təşkil olunan Futbol üzrə Avropa Çempionatında İspaniya və Fransa seçmələri arasında təşkil edilən yarımfinal matçı sona çatıb.
Münhendə yerləşən “Alyans Arena" stadionunda keçirilən görüşdə pireneylilər 2:1 hesabı ilə qələbəni bayram ediblər.
Qarşılaşmada tarazlığı 9-cu dəqiqədə Kolo Muaninin səyləri ilə fransalılar pozublar. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspaniyalıların qələbə qolunu isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo vurub.
Əlavə edək ki, İspaniya yığmasının həlledici final matçındakı rəqibi bu gün keçiriləcək Niderland və İngiltərə seçmələri arasındakı görüşdən sonra müəyyənləşəcək.