Almaniyada təşkil edilən Futbol üzrə Avropa Çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.
Yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə milliləri qarşılaşacaqlar.
İngiltərə seçməsi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərində yerləşən "Siqnal İduna Park" stadionunda start götürəcək görüşdə ədaləti almaniyalı referi Feliks Şvayer təmsil edəcək.
AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland - İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.