Şənbə 20.07.2024

5 klubumuz Avropa Kubokunda iştirak edəcək

5 klubumuz Avropa Kubokunda iştirak edəcək

Həndbol üzrə avrokubokların 2024/2025-ci illər mövsümünün bütün iştirakçılarının siyahısı açıqlanıb.

Azərbaycan qitə kuboklarında 5 komanda ilə təmsil olunacaq.

Təmsilçilərimizin hamısı Avropa Kubokunda mübarizə aparacaq. “Kür” və “Bakı” kişilərin, “Qarabağ”, “Kür” və “Azəryol” qadınların turnirində qüvvəsini sınayacaq.

Avropa Kubokunun püşkü iyulun 16-da atılacaq. Komandalarımız yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda oktyabrın 5-6-da və 12-13-də keçiriləcək.

Əlavə edək ki, Avropa Kubokunda 63 kişi və 64 qadın komanda çıxış edəcək.