Cümə axşamı 28.03.2024

"Qarabağ"ın 3-cü mərhələdə potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın 3-cü mərhələdə potensial rəqibləri müəyyənləşdi

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.

Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq.

Bunlar “Molde”, “Midtyullann”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”sudur.

Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatması avqustun 31-də keçiriləcək.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər:

Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə)
Srvena Zvezda (Serbiya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)

Səpələnməmişlər:

Molde (Norveç)
Midtyullann (Danimarka)
Ferentsvaroş (Macarıstan)
Omoniya (Kipr)
Dinamo (Brest, Belarus)

Liqa yolu

Səpələnmişlər:

Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)
Gent (Belçika)

Səpələnməmişlər:

Rapid (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
Alkmaar (Niderland)