Cümə 29.03.2024

"Neftçi"nin futbolçusu millimizə dəvət olundu

"Neftçi"nin futbolçusu millimizə dəvət olundu

Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.

AFFA-nın verdiyi məlumata görə, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.