Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək.
Niderlan təmsilçisi “Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib. O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən “Eyndhoven”in formasını geyinib.