Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.
Rəqibini üstələyən Kotsoyev 1/4 finala adlayıb. O, növbəti raundda israilli Peter Palçik ilə qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.