Şənbə 20.04.2024

Bu gün avrokuboklarda növbəti püşkatma mərasimi keçiriləcək

Bu gün avrokuboklarda növbəti püşkatma mərasimi keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Mərasimdə "Qarabağ"ın növbəti raunddakı potensial rəqibi də bəlli olacaq. Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Azərbaycan çempionu növbəti raundda reytinqcə daha güclü komandalardan biri ilə üz-üzə gələcək. Təmsilçimiz Avstriya “Zaltsburq”u, Yunanıstan “Olimpiakos”u, Çexiya “Slaviya”sı, həmçinin Macarıstanın “Ferentsvaroş” və Xorvatiyanın “Dinamo” klubları arasında keçiriləcək matçın qalibi ilə qarşılaşa bilər.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.

Saat 15-də isə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" də öz potensial rəqibini tanıyacaq. II raundda Türkiyə "Qalatasaray"ına rəqib olan "ağ-qaralar" növbəti mərhələnin püşkatmə mərasimində səpələnmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə Danimarkanın "Sönderyüske", Farer Adalarının B36 – Uelsin TNS cütünün qalibi, Şimali Makedoniyanın "Renova" – Xorvatiyanın "Hayduk" cütünün qalibi, həmçinin Sloveniyanın "Olimpiya" – Bosniya Herseqovinanın "Zrinski" cütünün qalibi olacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də olacaq. Cütlükdə adı birinci çıxan komanda öz meydanında oynayacaq. Qalib bir matçlıq sistemlə müəyyənləşəcək.